Şəhidin nəşinin qaytarılması ilə bağlı Ermənistana tələb

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 18:30    |    Xəbər oxunub: 182 dəfə
Şəhidin nəşinin qaytarılması ilə bağlı Ermənistana tələb Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

Dövlət Komissiyasından AFN-ə verilən məlumatda bildirilir ki, son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadən yayılmış məlumatlarda qarşı tərəf meyiti qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları meyitlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir.

Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur