Yaqland Ermənistanı şəhidimizin nəşini qaytarmağa çağırdı

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 22:20    |    Xəbər oxunub: 162 dəfə
Yaqland Ermənistanı şəhidimizin nəşini qaytarmağa çağırdı Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.

Bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib: "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Yanvarın 9-da Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur