"Aprel" döyüşündən sağ çıxan yeganə erməni əsgərdən ŞOK etiraf - VİDEO

Xəbərin çap versiyası
Tarix: 12-01-2017, 15:04    |    Xəbər oxunub: 8 763 dəfə
Erməni zabit mayor Edqar Martirosyan Azərbaycan tanklarının sayının onların əsgərlərinin sayından çox olduğunu etiraf edir

Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinə məxsus "Ermənistan Milli Qvardiyası" təşkilatının üzvlərindən olan Arşak Zakaryan erməni mətbuatında və sosial şəbəkələrdəki hesablarından 2016-cı ilin aprel ayında baş verən döyüşlər və itkilər barədə yazılar yazaraq Ermənistanın itkilərini gizlətməyə çalışır.

"Atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik"

Lakin Ermənistan KİV-lərində yayılmış bir reportajda erməni hərbi qulluqçuları 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə itirdikləri canlı qüvvə və texnikalar barədə etiraf edirlər. Hazırlanmış reportajda ermənilərin canlı qüvvə baxımından Azərbaycandan dəfələrlə zəif olması və Azərbaycanın sarsıdıcı zərbəsi nəticəsində çoxlu tələfatın olmasından bəhs olunur. Erməni zabit mayor Edqar Martirosyan Azərbaycan tanklarının sayının onların əsgərlərinin sayından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündəcə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü bildirən əsgər Narek Nikoğosyan özünün döyüş postunda yeganə sağ qalan əsgər olduğunu bildirir. N.Nikoğosyan qeyd edir ki, atılan mərmilərin sayı o qədər çox idi ki, yerimizdən tərpənə bilmirdik və ilk dəqiqələrdə başa düşürdük ki, buradan heç kim sağ çıxmayacaq. Aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün əsgər yoldaşlarının yaralanaraq məhv olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını bildirir.

Həmçinin video sujetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri göstərilir, onlar haqqında danışılır. Qeyd edək ki, "Ermənistan Milli Qvardiyası" adlı təşkilatın daxilində, əslində isə Ermənistan təhlükəsizlik orqanları üçün çalışaraq yalan xəbərlər yayan Arsak Zakaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryan nə qədər gerçəklikləri gizlətməyə çalışsalar da həqiqət sonunda belə üzə çıxır.(femida.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur