Şəhidimiz Astarada dəfn olunacaq


Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub. (apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu