Sabunçu rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib



Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı 23 fevral 2017-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Sabunçu rayon 311 saylı orta məktəbin şagirdləri, Xocalı sakinləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov Xocalı soyqırımının mənfur düşmənimiz olan ermənilərin tarixən xalqımıza qarşı apardıqları siyasətin davamı olduğunu bildirdi.

Polkovnik Rasim Şirinov çıxışında artıq xarici ölkələrin Xocalı faciəsini soyqırım kimi tanıdıqlarını qeyd etdi.

Xocalı sakini Fiqurə Rüstəmova törədilmiş vəhşiliklərin yaddaşlardan silinməyəcəyini bildirdi.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Xocalı faciəsinin dünya miqyasında soyqırım aktı kimi tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışdı.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Xocalı soyqırımının XX əsrin faciəsi olduğunu qeyd etdi.

Tədbirin bədii hissəsində Sabunçu rayon 311 saylı orta məktəbin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu