"Atəşkəsdən sonra 32 uşaq erməni terrorunun qurbanı olub"




“Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olub”

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Komitə sədrinin sözlərinə görə, Xocalı soyqırımını araşdırarkən həmin dövrdə Azərbaycanın tək olmasını qeyd etməliyik: “Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Azərbaycan informasiya blokadasından çıxarıldı. Bu gün xalqımıza qarşı törədilmiş soyqırım cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirilir”.

Hicran Hüseynova qeyd edib ki, münaqişə müddətində 1437 nəfər əsir və girovluqdan azad edilib: “Bunlardan 210 nəfəri uşaqdır. 1994-cü ildə atəşkəs rejimin elan olunmasına baxmayaraq, ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü ölüb, 19-u yaralanıb”.

Komitə sədri qeyd edib ki, Xocalıya ədalət kampaniyası çərçivəsində Heydər Əliyev Fondu böyük işlər görüb: “Bu tədbirlər çərçivəsində bir sıra ölkələrdə Xocalı soyqırımı tanınıb. Fondun prezidenti Mehriban Əliyevanın ölkənin 1-ci vitse-prezidenti seçilməsi bu istiqamətdə işləri gücləndirəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu