Tərtərdə vəziyyət necədir?- İcra Hakimiyətindən açıqlama




Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda düşmənlə təmas xəttində yerləşən Tərtər rayonunda sabitlik hökm sürür. Bu haqda Modern.az-a Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında cəbhədə gərginlik yaşansa da, hazırda həyat öz axarı ilə davam edir. Rayonda və kəndlərdə zərər görən evlər, xəsarət alan vətəndaşlar yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu