Seyran Ohanyan: "Ermənistanı ciddi bədbəxtlik gözləyir"




"Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir". Bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: "Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir".

Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır. "Gizlətmirəm, mənə yüksək vəzifələr təklif olunub, lakin mən bundan imtina etmişəm. Mənim indiki siyasi elitanın heç bir üzvü ilə problemim yoxdur. lakin mən özümü bu hakimiyyətin tərkibində görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir". (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu