Ermənistan Azərbaycanın hərbi potensialından qorxuya düşdü




Azərbaycanın cəbhə xəttindəki döyüşlərdə üstünlüyə sahib olması Ermənistanda əməlli başlı çaşqınlıq və xof yaradıb.

Xəbər verildiyi kimi, hələ bir neçə gün öncə rəsmi Yerevan Azərbaycanla sərhəd zonalarda qoruyucu hasarlar tikməyi qərara alıb.

Bununla yanaşı, Ermənistan hökuməti Azərbaycanla sərhəd kəndlərdə yaşayan erməni sakinlərə özlərini qorumaq üçün onlara silahlar paylamaq niyyətindədir.

Modern.az saytının xəbərinə görə, erməni hərbi ekspert Artur Yeqiazaryan bildirib ki, hasarlama prosesinə sərhəd məntəqələrindən başlamaq lazımdır.

O qeyd edib ki, Azərbaycanın hərbi potensialı nəzərə alınmalıdır və Yerevan bununla bağlı tədbir görməlidir.

“Çünki həyəcandan qurtulmaq üçün mənəvi üsulla yanaşı texniki təbdirlər də lazımdır. Ermənistanın bununla bağlı danışıqlar aparması mümkün deyil. Və heç kim zəmanət verə bilməz ki, nələr olacaq. Bu hazırlıq işləri təşvişdən qurtulmaq və qurbanların olmaması üçündür”-deyə o əlavə edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Lakin Azərbaycan ordusunun itkilərinin sayı açıqlanmayıb.

Buna baxmayaraq Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.

Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu