Ərdoğanın baş müşaviri: Qarabağın işğalı bütün İslam dünyasının problemidir



Azərbaycanın acısı - Türkiyə üçün faciədir.

Bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Anakarada keçirilən "Xocalı soyqırımı" adlı konfransda deyib.

Türkiyə prezidentinin müşaviri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün İslam dünyasının, 1 milyard 700 milyon müsəlmanın gündəliyində olmalıdır: "Dağlıq Qarabağın işğalı yalnız Azərbaycanın problemi deyil. Bu problem Ər-Riyad, Kosovo, Qahirə və digər paytaxtlar üçün də aktualdır".

Onun sözlərinə görə, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi faktını sübut edən 5 minə qədər yazılı sənədlər və videosübutlar var: "Parlament 1992-ci il fevralın 26-da bütün dünya ictimaiyyətinin gözü qarşısında Xocalıda törədilən cinayətləri soyqırımı elan etməlidir".(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu