XİN başçıları Əliyevlə Sarkisyanın görüşünü hazırlayırlar




"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.

"Bilirsiniz ki, Moskvada xarici işlər nazirləri ayrıca görüşlər keçiriblər. Hesab edirik ki, yaxın gələcəkdə - bir ay sonra yox, daha tez müddətdə XİN başçıları prezidentlərin görüşünü təşkil etmək üşün Moskvada görüşəcəklər", - R.Hoqland vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu