Avroparlamentin deputatı Qarabağın işğalçı ordusuna üzv olur




Azərbaycanın işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz baş çəkdiyi üçün barəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarış elan edilmiş Avropa Parlamentinin deputatı Enqel Frankı bildirib ki, Azərbaycana qarşı vuruşmağa hazırdır.

Virtualaz.org xatırladır ki, haqqin.az Enqelin Qarabağ ermənisi ilə evlənmək istəməsi və toyu Dağlıq Qarabağda etməyi planlaşdırması barədə məlumat yaymışdı. Dərc edilmiş həmin informasiyadan sonra erməni KİV-i mövzunu, necə deyərlər, göydə tutub və gəlinin adını açıqlayıb. Məlum olub ki, bu indi Brüsseldə yaşayan Tatev Manukyandır.

O öz “Feysbuk” səhifəsində sevgisinin tarixindən bəhs edib və Enqellə fotosunu paylaşıb.

"Bu apreldəki dördgünlük müharibədən sonra idi. Bizim coşqun müzakirələrimizdən sonra Frank dedi: “Azərbaycanlılar bir millimetr də torpaq almayacaqlar, hətta mən hərbi formanı geyinməyə məcbur olacağamsa””, - Manukyan yazıb.

O etiraf edib ki, bu sözlərdən onun dərisi ürpəşib və bu onda sevgi etirafından da böyük təəssürat yaradıb.

"Məhz aprel müharibəsi zamanı mən anladım ki, sərhədlərin müdafiəçiləri yalnız orduda xidmət edənlər deyil. Biz hamımız, özümüzdən asılı olmayaraq, şüurlu və ya şüuraltı istənilən vaxt hərbi formanı geyinməyə hazırıq", - o davam edib.

Bildirilir ki, onlar 2017-ci ilin yayında evlənməyi planlaşdırırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu