Tramp “erməni soyqırımı”nı tanımayacaq




Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bildirib ki, Donald Tramp “erməni soyqırımı”nı tanımayacaq.

Kirakosyan Trampın Türkiyə administrasiyası ilə sıx dostluq münasibətləri quracağını deyib.

“Tramp administrasiyasının “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Əvvəki, administrasiyaların bəyanatlarına bənzər açıqlamalar veriləcəksə də, “soyqırımı”nın tanınmasından söhbət getməyəcək. Bunun bir səbəbi Trampın Ərdoğanın Suriya məsələsindəki köməyini nəzərə alması və İŞİD-ə qarşı mübarizəyə cəlb etmək planları ilə bağlıdır. Təsadüfi deyil ki, referendum nəticələri bəlli olan kimi Tramp Türkiyə prezidentinə telefon zəngi edərək təbrik etdi. Digər tərəfdən, Tramp Türkiyədə vaxtı ilə biznes layihələri həyata keçirib və türk biznesmenlərlə yaxşı münasibətləri var”.

Kirakosyanın fikrincə, PKK, İŞİD terroru və Suriyaya müdaxilə Ankaranı təhlükə altında saxlayan əsas məsələlərdir. (Modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu