“Səngərdə açılan səhər” filmi cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb




Aprelin 26-da Tərtər rayon Mədəniyyət Mərkəzində Milli QHT Forumunun təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Səngərdə açılan səhər” filminin təqdimatı olub.



“Dünya” Müstəqil Televiziya şirkəti tərəfindən lentə alınan filmin təqdimat mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra film nümayiş olunub və cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb.

Filmin təqdimatından sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tərtərlilərin respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb. Bildirib ki, tərtərlilər bu gün də düşmənin cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, öz doğma torpaqlarında mətn dayanıblar.

M.Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, ekran əsərinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Dünya” Müstəqil Televiziya şirkətinin prezidenti Ramiz Hüseynov, filmin ssenari müəllifi və rejissoru Elşən Qəniyev, Əməkdar Artist Azad Şükürov tədbirdə çıxış edərək ekran əsərinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində rolundan danışıblar.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu