Xankəndidə parad keçirilir- Azərbaycana qarşı növbəti təxribat




Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında növbəti dəfə təxribat xarakteli addım atıb.

AzVision.az xəbər verir ki, hazırda Ermənistan silahlı qüvvələri Xankəndidə hərbi parad keçirməyə hazırlaşır.

Məlumata görə, təşkil olunan paradda müxtəlif növ silahlar nümayiş olunacaq.

Paradın keçirilməsində əsas məqsəd Azərbaycanı qıcıqlandırmaq və təxribata çəkməkdir.

Ümumlikdə işğalçıların Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar. Bu cür destruktiv mövqe Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir. Ermənistan bir daha özünün işğalçılıq siyasətinə sadiqliyini göstərir.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu