“Ciddi danışıqlara başlamağın vaxtıdır”- ABŞ-dan Qarabağ mesajı




"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə danışıqların başlanmasının vaxtıdır".

AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın Səsi”nə müsahibəsində deyib.

“İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbət haldır. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, - Hoqland bildirib.

R.Hoqland bəzi eksperlərin Rusiyanın Qarabağ münaqişəsinin saxlanmasında maraqlı olması və ABŞ-ın münaqişənin həllinə daha çox cəlb edilməsiylə bağlı bəyanatlarına münasibət bildirib: "Sizi əmin edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir. Bu, regionda sabitliyi pozar. Əlbəttə, ABŞ və Rusiyanın maraqları fərqli olacaq. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmirik.

Amerikaninsesi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu