İndoneziya səfirliyinə zəhərli zərf göndərilib


İndoneziyanın Avstraliya paytaxtı Kanberra şəhərindəki səfirliyinə bu gün içərisində ağ toz olan zərf göndərilib.

AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda "The Kanberra Times" nəşri məlumat yayıb. Zərf aşkar olunduqdan dərhal sonra sözügedən rayon polis əməkdaşları tərəfindən əhatəyə alınıb və əraziyə giriş qadağan edilib.
Şübhəli zərf bazar ertəsi, mayın 4-də Avstraliya vaxt ilə saat 10-45 də aşkar edilib. Zərfin poçt ilə göndərildiyi bildirilir. “Bizdə olan məlumata görə, diplomatik nümayəndəliyin əməkdaşları zərfə toxunmayıblar. Belə ki, zahiri görkəminə görə zərf onlarda şübhə doğurub”, - cinayət işləri üzrə polis serjantı Deyv Terner belə söyləyib.
Onun söylədiyinə görə, zərfin içindəki tozun tərkibi haqda hələ heç bir məlumat yoxdur. Səfirlik əməkdaşları ərazidən evakuasiya edilməyiblər. zərf isə ekspertiziya göndərilib.
Avstraliya və İndoneziya arasında münasibətlər narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edilən iki avstraliyalı vətəndaşının güllələnməsindən sonra korlanıb. Endrü Çan və Myüran Sukumaran aprelin 28-də İndoneziyada edam olunan səkkiz nəfərin arasında olublar. Ölüm cəzası alanlar içərisində yalnız bir İndoneziya vətəndaşı olub.
Kanberrada bu edamı ağılsızlıq adlanırırlar, hesab edirlər ki, həmin şəxslər on ildən artıq həbsxanada qalmaqla, günahlarını çoxdan yumuşdular. Aprelin 29-da Avstraliya öz səfirini Cakartadan geri çağırıb. Avstraliyanın baş naziri Toni Ebbot bəyan edib ki, iki dövlət arasında nazirlər səviyyəsində ikitərəfli münasibətlər qeyri-müəyyən müddətə kimi dayandırılır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu