Prezident şəhid pilotların üçünü də təltif etdi- FOTO


2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

Şəhid pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu