2017-ci il "İslam Həmrəyliyi İli" elan edildi- SƏRƏNCAM

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 18:29    |    Xəbər oxunub: 197 dəfə
2017-ci il Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Məktəblərin reytinq cədvəli necə hazırlanır?

Kürdlərin referendumu başa çatdı-

Kürdlərin referendumu başa çatdı- səslər hesablanır

AVRO-2017:

AVRO-2017: Azərbaycan voleybolçuları 1/4 finala vəsiqə qazanıb

Daha iki uşaq atasız qaldı:

Daha iki uşaq atasız qaldı: intihar

"Səudiyyə Ərəbistanı Qarabağ məsələsində Azərbaycanın yanındadır"

Bakıda “Turizm həftəsi”nə start verilir

Bakıda “Turizm həftəsi”nə start verilir

Prezident milli komandamızın oyununa baxır

Prezident milli komandamızın oyununa baxır

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

İlham Əliyev yol tikintisinə 21 milyon ayırdı

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Cəlilabadda bələdiyyə ərazisində yanğın baş verib

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı-

Təhsil Nazirliyi müsabiqədə uğur qazanan müəllimlərə qarşı- ŞİKAYƏT

Əmək miqrasiyası kvotası təkmilləşdirilir-

Əmək miqrasiyası kvotası təkmilləşdirilir- FOTOLAR

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib-

Ön xətdə yerləşən hərbi hissədə döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur