İlham Əliyev Davosa gedəcək

Xəbərin çap versiyası
Tarix: 11-01-2017, 13:03    |    Xəbər oxunub: 96 dəfə
İlham Əliyev Davosa gedəcək Azərbaycan prezidenti İlham Əliyev bu il İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

AzVision.az “Son dakika”ya istinadən xəbər verir ki, yanvarın 17-20-də keçiriləcək foruma dövlət başçıları və nazirlərlə yanaşı, Met Deymon və Forest Vhitaker kimi Hollivud məşhurları da qatılacaq.

Ümumilikdə forumda 30-dan çox dövlət başçısı və baş nazirin iştirakı gözlənilir.

Maraqlıdır ki, bu il foruma nə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nə də baş nazir Binali Yıldırım qatılacaq. Türkiyəni toplantıda baş nazirin köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi təmsil edəcək.

Foruma Azərbaycanla yanaşı Əfqanıstan, Ukrayna, Cənubi Afrika prezidentlərinin də qatılacağı bildirilir.


AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz