"Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin"- İlham Əliyev+FOTOLAR


Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib. Məlumat verilib ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb. Dövlət başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev burada qida məhsullarına baxdı, aşpazlarla söhbət edib:

Prezident İlham Əliyev: Çox gözəl şərait yaradılıb.

Vasif Talıbov: Yaratdığınız şəraitə görə Sizə minnətdarlıq edirik. İşçilərin hamısı mülki vətəndaşlardır.

Prezident İlham Əliyev: Bəli, əvvəllər əsgərlər yemək bişirirdilər. O da dadlı deyildi. İndi isə iş yerləri yaradılıb, yerli vətəndaşlar, qadınlar üçün. Yaxşı yeməklər bişirirsiniz, əsgərlərə də yaxşı baxırsınız.

Vasif Talıbov: Sizin tapşırığınızdan sonra 6 minə yaxın mülki vətəndaş, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçu işə qəbul olunub.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yeni iş yerlərinin yaradılmasıdır, xüsusilə qadınlar üçün. Əsgərlər də öz xidməti işləri ilə məşğul olacaqlar.

Vasif Talıbov: Yeməyin də keyfiyyəti yaxşılaşıb. İndi əvvəlki illərlə müqayisədə demək olar ki, tullantı yoxdur.

Prezident İlham Əliyev: İndi hamısını yeyirlər. Xoşlarına gəlir, ona görə. Sağ olun. Sizə uğurlar arzulayıram.

Aşpaz Gülarə Qurbanova: Cənab Ali Baş Komandan, Sizin gəlişinizə çox şadıq. Sizə öz minnətdarlığımızı bildiririk. Gün o gün olsun, belə hərbi hissələr Qarabağda, Laçında, Şuşada salınsın, biz də orada əsgərlərimizə qulluq edək. Sizə bir daha uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə də uğurlar arzulayıram. Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin ki, onlar daha da möhkəm olsunlar, Vətəni daha da yaxşı qorusunlar.

Aşpaz qadınlar: Minnətdarıq. Sizin sayənizdə belə gözəl şəraitdə yaşayırıq. Allah Sizin ömrünüzü uzun eləsin. Daim Azərbaycanın başının üstündə olasınız.

Prezident İlham Əliyev: Sağ olun.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu