İlham Əliyev Ruhani ilə görüşəcək




“İran və Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir”.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkələr arasında heç bir siyasi problem yoxdur. İki ölkə prezidentlərinin son 3 ildə 7 dəfə görüşdüyünü xatırladan səfir bildirib ki, İran və Azərbaycan prezidentləri ECO sammiti çərçivəsində İslamabadda görüşəcəklər. O qeyd edib ki, sammit martın 1-də keçiriləcək.

Səfir əlavə edib ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü 2017-ci ilin ikinci yarısında keçirilə bilər: “Hələlik görüşün tarixi və yeri məlum deyil. Güman ki, bu görüş İranda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. Görüşdə həmçinin üç ölkənin prezidentlərinin gözlənilən görüşün tarixinin və gündəliyinin müzakirə ediləcəyi gözlənilir”. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu