"Çingiz təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı"- Prezident




"Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir: "Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var.

O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir. Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox müddətdə Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərdi, eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz cavabsız qalmamışdır. Birgə səylərlə biz Çingizin nəşini vətənə qaytarmağa nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi, ondan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı. Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Çingiz kimi qəhrəman övladı qusarlılar Azərbaycana bəxş edib".(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu