İlham Əliyev Ərdoğanı təbrik etdi




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik etmiş, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu