İlham Əliyev əfv sərəncamı imzaladı




Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Bunu Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib".

Siyahının yaxın dəqiqələrdə açıqlanacacağı gözlənilir.

Xəbər yenilənir...(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu