Rusiyali teleaparıcı İlham Əliyevlə görüşündən yazıb




Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə çərşənbə axşamı ətraflı məlumat verəcək.

“Twitter”də abunəçilərinin suallarını cavablandıran Vladimir Solovyov yazıb: “Şəhidlər Xiyabanına getməmişəm. Prezidentlə söhbət etmişəm. Çərşənbə axşamı nəql edərəm”.

İlham Əliyevlə Aleksandr Lapşin barədə danışıb-danışmadığı barədə suala o, belə cavab verib: “Danışdım, özü də ancaq Lapşin barədə deyil, efirdə söhbət açdığım başqaları barədə də. Marat Uyeldanov haqqında da söhbət etdik. Özü də ətraflı. Mənim mövqeyimi bilirlər”.

Xatırladaq ki, dünən Azərbaycan prezidenti rusiyalı teleaparıcı Vladimir Solovyovu qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu