AFN.AZ / İlham Əliyev sahibkarlara çağırış etdi

İlham Əliyev sahibkarlara çağırış etdi

Bakı şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsinin icrası üçün hazırlıq işləri gedir.

Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “İlk növbədə bu layihəni başlayarkən biz vətəndaşlar haqqında düşünürdük. İstəyirdik ki, bu gün mənzil ala bilməyən ailə mənzil ala bilsin. Və bu təşəbbüs kütləvi xarakter almalıdır. Bakı şəhərində indi ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihə bundan da böyük olacaq. Əgər burada 11 hektardısa, ikinci layihədə tikinti meydançası 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək və orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.

Biz bunu bu gün dövlət xətti ilə icra edirik. Və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm, onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın”.
24-12-2016, 14:30
Geri qayıt