Aysel Əlizadə spiker Oqtay Əsədova qarşı


Xanım yazar “125-lər” Siyasi Klubundan deputatlığa namizəd oldu: “Fədakarlıq edirəm...”

Bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində bütün dairələri əhatə etmək üçün ictimai xadimlərin təşəbbüsü ilə “125-lər” Siyasi Klubu təsis edilib. Artıq bir çox dairələr üzrə namizədlərini bəyan edən klub, daha bir dairə üzrə öz namizədinin kimliyini açıqlayıb. Klubun təsisçilərindən biri olan, yazar Aysel Əlizadə bu il keçiriləcək 5-ci çağırış parlament seçkilərində 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizəd olacaq.

Xanım yazar bu informasiyanı musavat.com-a təsdiqləyərək bildirdi ki, o üzün müddətdir yaşadığı və fəal vətəndaş mövqeyinə görə rəğbət qazandığı dairədə şansını sınayacaq: “Millət vəkili kimi daha çox fayda verə biləcəyimi söyləyən israrlı dostların təklifini elə “125-lər” Siyasi Klubuna toplaşanda dəyərləndirmişdim. Tərəddüdlərim vardı. Düşünürdüm ki, siyasət mənə görə vaxtımın çoxunu alacaq bir sahədir. Millət vəkili olmaq ciddi məsələdi, məsuliyyətdir - mənim üçün belədi. Risk etmək istəmirdim. Sözün düzü, bir az da fədakarlıq edib seçkiyə qatılıram deyə bilərəm. Fayda verə biləcək vicdanlı, obyektiv adamların parlamentdə milləti təmsil etməsi önəmlidi. Həmin dairənin hazırda deputatı Milli Məclisin sədri Oqtay Əsədovun olmasına gəldikdə isə məncə, Oqtay bəy bir ağsaqqal kimi yerini gənc kadrlara güzəştə getməkdə maraqlı olmalıdır. Elə bu addımın özü də bir fədakarlıq olardı”.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu