Elmar Məmmədyarov Brüsselə səfər edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, Nazir Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 mayda Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.