"Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik"- İvanişvili


Gürcüstanın keçmiş baş naziri, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb.

Bu barədə B.İvanişvilinin açıq məktubunda deyilir.

“Biz Gürcüstanın maraqlarına toxunmadan, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm partnyor və dostlarımız - Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik”, - məktubda deyilir.

Keçmiş baş nazir vurğulayıb ki, Gürcüstan üçün xarici kurs və oriyentir - birmənalı olaraq Avroatlantik istiqamətdir.

“Biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur. Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil”, - B.İvanişvili yazır. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu