Yaqland Sarkisyana xəbərdarlıq etdi: "Qanunlara əməl edin"


Avropa Şurasının (AŞ) baş katibi Torbern Yaqland İrəvanda baş verən hadisələrdən narahatdır.

Bu barədə AŞ-ın yaydığı bəyanatda bildirilib.

“Mən Avropa Şurasının üzvü olan Ermənistanda silahlı qrupun polis bölməsini ələ keçirməsi ilə bağlı yaranan hadisələrdən narahatlıq duyuram. Qanunların işlədiyi ölkələrdə bütün məsələlər demokratik normalara əsaslanan siyasi dialoq yolu ilə həll olunmalıdır.

Bununla əlaqədar tərəfləri demokratik normalara sadiq olmağa çağırıram. Demokratiya, insan haqları, qanunun aliliyi, dinc aksiyaların keçirilməsi hüququna riayət olunmalıdır”, - deyə AŞ sədrinin yaydığı bəyanatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu