Türkiyədən daha bir xəbərdarlıq: FETÖ-nün Azərbaycanda 3 min “İşıq evi” var


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonar Azərbaycand da Fətullah Gülənin “Hizmət” hərəkatına bağlı strukturların fəaliyyətinə düzəliş verildi. “Qafqaz” Universiteti əvvəl bağlandı, sonar SOCAR-ın tabeçiliyinə verildi. Fətullahdan müsahibəni efirə verməyə hazırlaşan ANS-in fəaliyyəti dayandırıldı. SOCAR Turkey-də fətullahçı olduqları güman edilən onlarla işçi işdən azad edildi. Türkiyə rəhbərliyi Azərbaycanın Fətullahın terror örgütünə, yəni FETÖ-yə qarşı atdığı addımları tərifləyib. Lakin haber7.com portalının yazarı Fuat Uğur iddia edir ki, bütün bunlar hələ yetərli deyil. Çünki FETÖ Azərbaycanda kifayət qədər güclü olaraq qalır.

Müəllif iddia edir ki, əgər Türkiyədəki çevriliş baş tutsaydı FETÖ ABŞ-ın dəstəyi ilə Qırğızıstan, Türkmənistan və Azərbaycanda da hakimiyyətləri devirəcəkdi. Çünki məqsəd Rusiyanın qonşusu olan türkdili ölkələri Rusiyanın təsir dairəsindən çıxarmaqdır.

Türkiyədən daha bir xəbərdarlıq:

“FETÖ-çü şəbəkənin hərbi çevriliş hazırlığını öyrəndiyim və öz yazılarımda tez-tez istinad etdiyim şəxsi tanıyırsınız-Ümit Akdemir. Ümit Akdemir Camaat mənsubu olduğu illərdə Naxçıvanda bu örgütün yurtlarında müdirlik edib və bölgəyi çox yaxından tanıyan, nəbzini əlində tutan adamdır. Akdemir Naxçıvanda işlədiyi vaxtlarda Türkiyədən gələn fətullahçı çeteçilərin toplantılarında tez-tez Azərbaycandakı sızıntıyı müzakirə etdikləri, hətta bir dəfə Kocaeli bölgəsi üzrə məsul şəxslərin və imamının “Azərbaycan artıq yetərli səviyyəyə gəlmək üzrədir” dediyini anladır. Söhbət 2006-cı ildən gedir, gerisini siz düşünün”-müəllif yazır.

Daha sonra yazar “həm Türkiyə, həm Azərbaycan yetkililərinə” xəbərdarlıq edir və bunları yazır: “Azərbaycanda illərdir fəaliyyət göstərən FETÖ-çü şəbəkənin əsasən Bakıda olmaqla 3 minə yaxın “İşıq evi”, Türkiyəyə milyardlarla dollar yatıran SOCAR şirkətinə devredilmiş kimi göstərilən kollecləri var. Bu çətə illərdir Azərbaycanın dövlət bürokratiyasına, hərbiyə, Daxili İşlər Nazirliyinin strukturlarına öz adamlarını yerləşdirir. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı bu strukturlarda uyuyan agentlər də fəallaşacaqdı”.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə FETÖ-çülərin Azərbaycan ordusuna sıza biləcəklərinə dair ehtimal səsləndirilib. Azərbaycan Müdafiə Nazirliyi bu ehtimalı rədd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu