Ağalarovdan


Moskvada ABŞ prezidentliyinə namizəd Donald Trampla birgə “Miss kainat – 2013” müsabiqəsini təşkil edən “Crocus Group” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov onu ünsiyyətdə xoş, sevimli kimi təqdim edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Tramp olduqca sevimli, ünsiyyətdə olduqca xoş biridir. Onun haqqında deyilənlərin hamısı yalandır, təhrif olunur. Hətta mənim “Washington Post”-a verdiyim müsahibəni də təhrif etmişdilər”, - deyə Ağalarov bəyan edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Prezident postu uğrunda Donald Trampla Hilari Klinton mübarizə aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu