Əliyev-Putin-Ruhaninin növbəti görüşü müzakirə edildi

Xəbərin çap versiyası
Tarix: 28-12-2016, 17:42    |    Xəbər oxunub: 154 dəfə
Əliyev-Putin-Ruhaninin növbəti görüşü müzakirə edildi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdirilməsindən, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun artımı, habelə kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və digər istiqamətlərdə uğurlu inkişafdan məmnunluq ifadə olunub.

Mahmud Vaezi Dövlət Komissiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

E.Məmmədyarov iki ölkənin dövlət başçılarının iradəsinə, müəyyən etdikləri strateji xəttə və iki xalqın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və Dövlət Komissiyasının işini, xüsusilə Mahmud Vaezinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyətindən söz açılıb və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib. Tərəflər bu ilin avqustunda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər.
Regional məsələləri müzakirə edən nazirlər, terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğulayıblar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi-

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi- FOTOLAR

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib-

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib- FOTOLAR

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Tovuzda araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib-

Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib- FOTOLAR

Fələstinin İnformasiya nazirinin müavini Azərbaycana təşəkkürünü bildirib

Fələstinin İnformasiya nazirinin müavini Azərbaycana təşəkkürünü bildirib

Avropa İttifaqı Trampın qərarını dəstəkləmədi-

Avropa İttifaqı Trampın qərarını dəstəkləmədi- Qüds hər iki tərəfin paytaxtıdı

Milli Məclis bu gün toplanır-

Milli Məclis bu gün toplanır- gündəlikdə 39 məsələ var

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur