DAA Nikolay Bordyujaya müraciət ünvanlayıb

Xəbərin çap versiyası
Tarix: 31-12-2016, 00:05    |    Xəbər oxunub: 196 dəfə
DAA Nikolay Bordyujaya müraciət ünvanlayıb Dünya Azərbaycanlıları Assambleyası (DAA) “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nın baş katibi Nikolay Bordyujaya Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisəylə bağlı rəsmi müraciət ünvanlayıb.

Assambleyadan verilən xəbərə görə, müraciətdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat plan hazırladığı qeyd edilib və Nikolay Bordyujanın bu provakasiyaya getməməyi bildirilib.

“Hörmətli Nikolay Bordyuja, müraciətimiz sizin dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmaya verdiyiniz bəyanatla ilə bağlıdır.

Bildirmək istəyirik ki, Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Elə həmin gün Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

Ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Bu mənada Ermənistanın Azərbaycan dövlət sərhədində təxribatlar törətməsi təsadüfi deyil. Daha sonra erməni tərəf təxribatın ardınca yanlış informasiyalar yaymaqda davam edib. Üstəlik, Ermənistan Azərbaycanın guya 7 itki verdiyi, həlak olanların meyitlərinin guya Ermənistan tərəfdə qaldığı barədə iddialarla çıxış edib.

Sizin bəyanatınız ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. KTMT-nin heç bir üzvü – Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda sizin bu bəyanatı verməyiniz təmsil olunduğunuz təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsinin tərədarıdır.

Ümid edirik ki, kənar qüvvələr dostluğumuza xələl gətirə biləməyəcək və siz buna daha adekvat qiymət verəcəksiniz”.

Qeyd edək ki, Bordyuja bəyanatında “Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş verən insidenti nəzərə alaraq, KTMT-yə üzv ölkənin ərazisində baş verən bu olayı təxribat kimi qiymətləndirik”, - deyə qeyd etmişdi.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz