Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 6-01-2017, 13:55    |    Xəbər oxunub: 172 dəfə
Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə dünya azərbaycanlılarının Köln forumu keçiriləcək.

Assambleyadan verilən məlumata görə, forumun təşkilatçılığı üçün foruma hazırlıq komitəsi yaradılıb və bu günə qədər 42 ölkədən 250 nəfər tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Forumda bir çox beynəlxalq qurumların rəsmilərinin, Almaniya siyasi partiyaları, qeyri-hökumət təşkilatları təmsilçilərinin, bələdiyyə rəhbərlərinin, habelə Xarici İşlər Nazirliyinin, Azərbaycan Diaspor Komitəsinin məsul əməkdaşlarının, diplomatik korpusun səlahiyyətli şəxslərinin, parlament üzvlərinin, media təmsilçilərinin iştirakı gözlənilir.

Forumun moderatoru Soyqırımları Araşdırma Fondunun rəhbəri Sefa Yürükəl olacaq. Tədbirdə “Azərbaycan-Avropa əməkdaşlığının hazırki durumu”, “Cənubi Qafqazda dondurulmuş münaqişələr və Dağlıq Qarabağ məsələsi”, “Avropada yaşayan Türkiyə və Azərbaycan qadınlarının milli mübarizədə yeri və rolu”, “Mədəniyyətlər və Dinlərarası Dialoq - Tolerantlığın Azərbaycan nümunəsi”, “Miqrasiya və inteqrasiya kimi” vacib və aktual mövzular müzakirə ediləcək.


Tədbirin gedişatında Azərbaycan istehsalı olan “Made in Azerbaijan” markasını daşıyan müxtəlif məhsulların təqdimatı da nəzərdə tutulub.

Forumun sonunda iştirakçılar üçün Azərbaycan Mədəniyyət Gecəsi də keçiriləcək.

Toplantının sonunda dünya azərbaycanlılarına, beynəlxalq təşkilatlara Dağlıq Qarabağ problemi ilə bağlı müraciət qəbul olunacaq. (apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

173 manatla bir ay yaşamaq olarmı?-

173 manatla bir ay yaşamaq olarmı?- Əli Məsimli hökumətə səsləndi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət etdi

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə:

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə: nazirlik komissiya yaratdı

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” şokolad fabriki jurnalistlərin övladları üçün ekskursiya təşkil edəcək

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Əsgərimizin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Gənclər və İdman Nazirliyində ciddi nöqsanlar aşkarlandı

İlham Əliyev:

İlham Əliyev: “NATO ilə əməkdaşlığın böyük potensialı var”

Hərbçimizin meyiti təmas xəttində tapılıb

Hərbçimizin meyiti təmas xəttində tapılıb

BQXK Dilqəmlə Şahbaza baş çəkib

BQXK Dilqəmlə Şahbaza baş çəkib

İşğalçı orduda daha 3 cinayət  hadisəsi baş verib

İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur