İzmirdə Azərbaycan dostu mükafatının təqdimat mərasimi keçirilib

Xəbərin çap versiyası
Tarix: 6-01-2017, 17:34    |    Xəbər oxunub: 159 dəfə
İzmirdə Azərbaycan dostu mükafatının təqdimat mərasimi keçirilib Türkiyədə Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə vermək, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, Azərbaycandan gəlib İzmir Universitetlərində təhsil alan tələbələrin təhsillərini daha da başarılı bir şəkildə başa vurmalarına dəstək məqsədi ilə qurulmuş olan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibəti ilə tədbir təşkil edib.

İzmir Polis Evində təşkil olunan tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun əməkdaşı Yadulla Paşayev, cəmiyyətin idarə heyəti və üzvləri ilə yanaşı, dövlət rəsmiləri, qeyri-hökümət təşkilatlarının sədrləri, is dünyasının nümayəndələri, İzmirdə fəaliyyət göstərən Azərbaycanlı müəllim və müxtəlif peşə sahibləri ilə çox sayıda vətəndaşlar iştirak edib.

31 Dekabr Dünya Azərbaycanlıları Günü haqqında iştirakçılara məlumat veriləndən sonra söz alan cəmiyyət sədri Dr.Asif Kurban qonaqları bayram münasibəti ilə təbrik edib. Cəmiyyət sədri daha sonra bu gün və cəmiyyətin gələcək planları haqqında məlumat verərək, cəmiyyətin bundan sonra da önəmli və qalıcı fəaləyyətlər həyata keçirəcəyini vurguladı. Hazırki vəziyyətdə daha çox birliyə ehtiyac olduğunu ifadə etdi. Daha sonra cəmiyyətin idarə heyətinin almış olduğu bir qərar haqqında tədbir iştirakçılarına məlumat verildi.

Bu, il ərzində müxtəlif sahələrdə fəaliyyət göstətən şəxs və qurumlardan öz fəaliyyətlərində Azərbaycanla bağlı işlər görənləri seçərək onlara o ilin Azərbaycan Dostu mükafatı ilə mükafatlandırılması qərarı idi. Cəmiyyət 2016 ili üçün iki qurum və üç şəxsi bu mükafata laiq görmüşdür. Qurumlardan 2016 ili içərisində İzmirdə Azərbaycan Parkı açan və Xocalı Şəhitləri üçün Heykəl qoydutduran Bornova Bələdiyəsi Başçısı Olqun Atila və Karabağlar Bələdiyəsi Sədri Muhittin Selvitopu mükafata layiq görülmüşdür. Azərbacandan gəlib İzmir universitetlərində təhsil alan Azərbaycanlıların tələbələrin təhsilinə köməklik edən, elm sahəsində iki ölkə arasında əməkdaşlığa töhfə verdikləri üçün Ege Universiteti Rektörü Prof. Dr. Cüneyt Hoşcoşkun, Ege Üniversiteti Türk Dünyası Araşdırmaları İnistutu Müdürü Prof. Dr. Metin Ekici və 9 Eylül Universiteti Maliyə Kafedrasının Sədri Prof. Dr. Kamil Tüğən layiq görüldü. Mükafatlandırma mərasimindən sonra tədbirdə iştirak edən qonaqlar Azərbaycan musiqiləri ilə eyləncəli anlar yaşadılar. İzmir Valisi Erol Ayyıldız və İzmir Bələdiyə Sədri Aziz Kocaoğlunun göndərdikləri təbrik məsajları oxundu. Tədbir eyni zamanda insanların bir-birləri ilə tanışmaları, yeni əməkdaşlıqların qurulmasi ilə də yadda qaldı.

İzmirdə Azərbaycan dostu mükafatının təqdimat mərasimi keçirilib

İzmirdə Azərbaycan dostu mükafatının təqdimat mərasimi keçirilib


AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz