ADR Hərəkatı Lavrovun çıxışı ilə bağlı BƏYANAT yaydı



ADR Hərəkatı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Qarabağla bağlı dediyi fikirləri müzakirə edərək ifadə olunan mövqeyin Azərbaycanın maraqlarına və beynəlxalq hüquqa zidd olduğu qənaətindədir.

Lavrovun söylədikləri bir daha sübut edir ki, Rusiya Qarabağ probleminin həllində Minsik qrupun üzvü olaraq tərəfsiz, beynəlxalq hüquq mövqeyindən çıxış etmir. Rusiya münaqişənin həllində ədalət prinsipini bir kənara qoyaraq Ermənistanın işğalçı hərəkətlərini dəstəkləyir, münaqişənin həllində guya Ermənistanın, əslində isə öz maraqlarının təmin olunması istiqamətində fəaliyyət göstərir.

ADR Hərəkatı hesab edir ki, Rusiyanın bu mövqeyi bir tərəfdən Minsk qrupunun üzvü olaraq statusuna uyğun deyil, digər tərəfdən onun elan etdiyi mehriban qonşuluq siyasətinin səmimiyyəti barədə şübhələri təsdiq edir. ADR Hərəkatı bu mövqeyi kəskin şəkildə pisləyir, Qarabağ probleminin həllində ölkəmizin köklü maraqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətini daha cəsarətli və fəal siyasətə çağırır və bir daha bəyan edir ki, Qarabağ probleminin həllində Azərbaycanın maraqlarını müdafiə edəcək bir siyasətə hər zaman dəstək verməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu