Deputatdan dövlət qurumlarına etiraz: "Cavab ala bilmirik"




“Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.

Y.Abramov bildirib ki, belə olan halda vətəndaşlar Milli Məclisdən incik düşür: “Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?”

Komitə sədri Bahar Muradova Yevda Abramovun fikirləri ilə razılaşmayıb. B.Muradova deyib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: “Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu