Dünyada Tramp dönəmi başladı




Respublikaçılar partiyasından namizəd olaraq ABŞ prezidenti seçilmiş Donald Tramp bu gün Vaşinqtonda and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Musavat.com-un verdiyi xəbərə görə, Trampın andiçmə məraisimi ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti və çoxsaylı qonaqların iştirakı ilə baş tutub.

Ağ Evdə Obama cütlüyü tərəfindən qarşılanan Tramp 12 dəqiqəlik çıxış edərək, özündən əvvəlki administrasiyanın işi ilə bağlı tənqidi fikirlər səsləndirib, sonra ənənəvi andı içərək ABŞ-ın 45-ci prezidenti kimi işə başlayıb.

Qeyd edək ki, Tramp and içərkən Vaşinqtonda etirazçı dəstələr qarışıqlıq yaratmağa cəhd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu