"Radikal islamı dünya üzərindən yox edəcəyik"-




Amerikanın yeni prezidenti Donald Tramp Vaşinqtonda möhtəşəm bir mərasimlə and içib, ABŞ-ın 45-ci prezidenti oldu.

AFN-in məlumatına görə, musavat.com canlı yayın həyata keçirən dünya KİV-lərinə istinadən xəbər verir ki, Trampdan əvvəl onun köməkçisi Pence and içib.

Trampın andiçmə mərasimindəki nitqi isə öz radikallığı və yeni mesajların bolluğu ilə seçilib. Hazırda dünyanın hər yerində bütün tv və başqa kateqoriyadan olan KİV –lər bu çıxışı müzakirə edirlər. Əsasən diqqət ona yönəldilir ki, D. Trampın xitabı Amerikanın daxilinə oldu, hər şey Amerika və amerikalılar üçün mesajını verdi. Dünyanın supergücünün başına gələn bir isimin ancaq ABŞ üçün mesajlar verməsi bir çoxları üçün gözlənilməz olub.

Beləliklə, Tramp AB, prezidenti kimi fəaliyyətə başladığı ilk dəqiqələrdəcə dünyanı silkələyə bilib. Musavat.com Trampın çıxışının tam məzmununu təqdim edir:

“Yüksək Məhkəmə hakimiyyəti, hörmətli prezident Buş, Obama, Klinton və hər kəsə çox təşəkkürlər. Biz Amerikanın vətəndaşları olaraq böyük bir beynəlxalq cəhd içərisinə girmişik. Ölkəmizi təkrar təsis etmək istəyirik. Hər kəs tərəfindən də çox yaxşı cəhdlərin edildiyini görürük. Amerika və dünya bu əziyyətin nəticələrini görəcək. Qarşımıza əziyyətlər çıxacaq. Bir çox çətinliklə qarşılaşacağıq, amma məqsədimizə nail olacağıq. Bu pillələri qalxarkən illərdir bu şəkildə toparlanırıq. Hörmətli prezident Barak Obama və Mişel Obamaya qatqılarına görə təşəkkür edirəm. Möhtəşəm idilər”.

"ONLARIN UĞURLARI SİZİN UĞURUNUZ OLMADI"

“Vaşinqton DC-dəki iqtidarı alırıq və sizlərə, xalqa veririk. Vaşinqton inkişaf etdi. Amma təəssüf ki, bu varlığı insanlar ala bilmədi. Çoxlu sayda fabriklər bağlandı, işlərini itirən insanlar oldu. Amma Vaşinqton hər zaman özünü qorudu, xalqını qorumadı. Buradakı zəfərlər sizin zəfərlər olmadı, onların əldə etdikləri uğurlar sizin uğurlarınız olmadı. Qutlanacaq şeylər xalq üçün qutlanacaq şeylər deyildi. Dəyişiklik indi başlayır, çünki bu an sizin anınız. Bu an sizə aiddir”.

"Hər kəs indi sizi dinləyir. Bu ana qədər belə bir şey görülmədi. Təhsil sistemi pul içində boğulsa da, gənclərimizi və uşaqlarımızı təhsildən məhrum edəcək şəkildə təsis edilib. Cinayətkar qruplar, kriminal təşkilatlar bir çox insanın həyatını məhv etdi. Bütün bu hekayə burada sona çatır. Biz bir millətik, tək millətik. Hər birimizin ağrısı, acısı bizim ağrımızdır. Onların xəyalları bizim xəyallarımızdır. Bizim uğurlarımız ancaq onların uğurları olarsa, vacibdir”.

"BUNDAN SONRA GƏLƏCƏYƏ BAXACAĞIQ"

"Bütün amerikalılara andım bu olacaq. Onlarca ildir ki, Amerikanın sənayesini çətinliyə salaraq, beynəlxalq ticarətə yönləndirdik. Və bizim hərbi gücünüzü, ordumuzu zəiflədəcək hərəkətlərə girişdik. Elə bir nöqtəyə gəldik ki, trilyonlarla dollar xaricdə xərcləmiş olduq. Bunlar baş verdiyi zamansa Amerikanın potensialı, alt quruluşu təmir edilməsi mümkünsüz bir pozuqluğa doğru irəliləməyə başladı. Digər ölkələri varandırarkən bizim ölkəmizdəki rifah demək olar ki, itməyə başladı. İnvestorlar torpaqlarımızdan uzaqlaşmağa başladı. Və milyonlarla amerikalı işçini yarı yolda qoydular. Orta sinfin rifahı dünyadakı fərqli yerlərə səpələnib. İndi və bundan sonra ancaq gələcəyə baxacağıq”.

2 BƏSİT QAYDANI TƏQİB EDƏCƏYİK

"Sizi əsla yarı yolda qoymayacağam. Körpülər, hava limanları, tunelləri bu şahanə cəmiyyətin xidmətinə təqdim edəcəyik. İnsanları işsizlik maaşından çıxarıb, təkrar işlə təmin edəcəyik və amerikan iş-gücünü mərkəzə gətirəcəyik. 2 bəsit qaydanı tətbiq edəcəyik: hər şey amerikanlar tərəfindən ediləcək və amerikanlar işə götürüləcək. Bütün dünyadakı cəmiyyətlərlə dostanə münasibətlər quracağıq. Təbii ki, hər cəmiyyət və ölkə öz öncəlikləri, prioritetləri daxilində irəliləməyi tərcih edir. Biz də ABŞ olaraq öz öncəliklərimizlə parlayacağıq. Radikal islamçı terroristlərə qarşı mübarizə aparacağıq və bu dünyanın üzərindən onları tamamilə siləcəyik”.

"HƏR ZAMAN BİRLİK İÇƏRİSİNDƏ OLACAĞIQ"

"İncil bizə deyir ki, Allah insanların birlik içərisində yaşamasının şahanə bir şey olduğunu deyir. Dürüst bir şəkildə danışacağıq. Amma hər zaman birlik içində olacağıq. ABŞ birlik olarsa, dayandırıla bilməz. Heç bir qorxuya gərək yoxdur. Qorunuruq və hər zaman da qorunmağa davam edəcəyik. Hərbi qüvvələrimizdəki kişilər və qadınlar tərəfindən qorunuruq. Ən vacibi isə Allah tərəfindən qorunuruq, qorunmağa davam edəcəyik”.

"Bir cəmiyyət, xalq olaraq ancaq çalışmağa, mübarizəyə davam etdiyimiz halda ayaqda qalacağıq. Haqqında hər zaman danışılan, amma heç hərəkətə keçirilməyən siyasətdən uzaq dayanacağıq. Artıq boş-boş danışmağın zamanı keçdi, hərəkətə keçmə zamanıdır. Biz qara da olsaq, qəhvəyi də olsaq, bu milləti sevən qan hamımızda var. O qanı paylaşırıq. Millətçi qanımız ortaq. Eyni zəfəri arzulayan yuxularımız var. Ürəyimiz eyni bayrağın altında döyünür"

Tramp eyni zamanda keçid dönəmində “zərif” dəstəklərinə görə Barak Obama və onun həyat yoldaşı Mişel Obamaya da təşəkkür edib. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu