BMT-yə şok Güney Azərbaycan müraciəti




Bəhreynli millət vəkili Camal Əbu Həsən yaydığı bəyanatla İranın Güney Azərbaycanı işğal etdiyini deyərək, BMT-ni bu məsələyə münasibət bildirməyə çağırıb.

AFN avropa.info-ya istinadən xəbər verir ki, Bəhreyn Millət Məclisinin Xarici əlaqələr və müdafiə komissiyasının üzvü, millət vəkili Camal Əbu Həsən Güney Azərbaycanın İran tərəfindən işğal edildiyini bildirərək, BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb.

“Güney Azərbaycanın İran işğalından xilas olması və müstəqil dövlət qurma mücadiləsini dəstəkləyirik. BMT-ni Güney Azərbaycan millətinin haqlı savaşına dəstək olmağa çağırırıq”, - deyə Camal Əbu Həsən bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu