"Siz ölkə rəhbərinin düşmənlərisiniz"- Abbas Abbasovun oğlu




"Bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz siz".

Bu sözləri Gəncənin sabiq millət vəkili, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov rüşvət alarkən yaxalanan Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva ilə bağlı qalmaqalı şərh edərkən bildirib.

Sabiq millət vəkili sosial şəbəkədə yaydığı münasibətində deyir.

"Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib, küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa MANQURT deyilə bilər.

Bu dövlət sizə bu çirkin əməllərinizi bağışlamayacaq.

Bu şəhər sizə çirkin niyyətlərinizi bağışlamayacaq.

AzTV-də bu cür məlumatı seyr etdikcə bu biabırçılığın Gəncədə baş verməsinə və bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz siz".

Qeyd edək ki, Gülçin Mirzəyeva 2 gün əvvəl Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən daha da irəli çəkilərək, Gəncə Filarmoniyasına direktor təyin olunmuşdu.(qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu