Prezident Türkiyənin baş naziriylə görüşüb



Prezident İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırım arasında görüş olub.

Xəbəri President.az saytı yayıb.

Xəbərdə deyilir ki, görüş Münhen şəhərində baş tutub.

Görüşün detalları barədə məlumat verilmir.

Fevralın 17-də Almaniyanın Münhen şəhərində 53-cü Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb. Konfrans fevralın 19-a kimi davam edəcək. Prezident İ.Əliyev konfransda iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu