"İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir"- Ekspert



"Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun və ABŞ-ın Baş Qərargah rəisi general Cozef Danfordun Bakıda görüş keçirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməsinin sübutudur”.

Bu sözləri ASGA Rusiya nümayəndəliyinin rəhbəri Diaspora üzrə ekspert Toğrul Allahverdili 7news.Az -a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, Azərbaycan Rusiya və ABŞ la qarşılıqlı dostluq və faydalı əməkdaşlıq əlaqələrini genişləndirib. O bildirib ki, görüş Azərbaycanın nüfuzlu və sabit ölkə olmasının, dünyada böyük hörmətlə yanaşılmasının, Azərbaycan və Prezident İlham Əliyevə etimad göstərilməsinin bariz sübutudur: "Azərbaycan iki il BMT Təhlükəsizlik Şurasının üzvü olub və illik fəaliyyət zamanı öz missiyasını uğurla yerinə yetirib. Azərbaycan regional qarşıdurmaların aradan qaldırılmasında fəal rol oynayır. İlham Əliyev dünyada barışdırıcı missiya həyata keçirir. Cənab prezidentin başçılığı ilə Azərbaycan dünyanın güc və beyin mərkəzləri ilə balanslı siyasət həyata keçirir, NATO, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regionda maraqlarının uzlaşmasına dəstək verir. Azərbaycanın balanslı uğurlu xarici siyasəti, dövlətimizdə mövcud olan sabitlik, təhlükəsizlik və inkişaf belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib”.

T.Allahverdili deyib ki, görüşün Azərbaycanda keçirilməsində ölkəmizdə olan ictimai-siyasi sabitlik, Rusiya və ABŞ ilə qarşılıqlı əməkdaşlığımız, Azərbaycanın güclü mövqeyi, Dünya Azərbaycanlılarının lideri İlham Əliyevin siyasi iradəsi və müstəqil siyasi kursu xüsusi əhəmiyyət daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu