İsrail: “Əsas problemimiz İran, İran və İrandır”



Biz ABŞ Müdafiə naziri Ceyms Mettislə İrandan gələn təhdidləri müzakirə etdik.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsrail Müdafiə naziri Aviqdor Liberman paylaşıb.

“Biz xeyli məsələləri müzakirə etdik və bunların çoxu İranla bağlı idi. Mən Mettislə müzakirə zamanı qeyd etdim ki, İsrail 3 əsas problemlə qarşı-qarşıya qalıb. Bunlar İran, İran və yenə də İrandır. İranın uzaqməsafəli ballistik raketləri var və öz raket texnikasını daha da inkişaf etdirir. İran nüvə texnologiyalarına da sahibdir. Üstəlik, İran İsraillə heç bir coğrafi sərhədə sahib olmadan Livan Hizbullahını, Qəzzada isə HƏMAS-ı yaradıb və terrorizmin ən böyük sponsoru olub”, – deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu