Qənirə Paşayeva dünya Türklərini Xocalıya ədalət kampaniyasına qoşulmağa çağırıb



Millət vəkili Q.Paşayeva “Xocalı Soyqırımı:Türk dünyasınını acıları, problemləri və həlli yolları" adlı konfrans verib. Antalya Türk Ocakları, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Akdeniz Universitetinin dəstəyi ilə keçirilən konfransın açılışında Antalya Türk Ocaqlarının başqanı Abdullah Uysal və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova çıxış edərək Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmindən danışıblar.

Millət vəkili Qənirə Paşayeva iştirakçılara Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib. “Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri yetəri qədər eşitmirik!Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Millət vəkili Q. Paşayeva Türk gəncliyini virtual dünyanın imkanlarından geniş istiqadə edərək həqiqətlərin daha geniş yayılmasında aktib olmağa çağırıb. Türk dünyanını yaşadığı digər ağrı və acılardan da danışan millət vəkili Q.Paşayeva üzləşdiyimiz acıların, problelərin daha tez həlli Türk dövlət və toplumları olaraq birliyimizi, bərabərliyimizi daha da gücləndirmədən keçir deyib və bu istiqamətdə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda millət vəkili Q.Paşayeva Antalyada fəaliyyət göstərən fəal qadın və gənclər təşkilatları, burada fəaliyyət göstərən azərbaycanlılar, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəsmiləri ilə görüşüb, geniş fikir mübadiləsi aparıb və KİV nümayəndələrinə geniş müsahibələr verib.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu