Qazaxıstanla Qırğızıstan arasında diplomatik qalmaqal baş verib



Qazaxıstanın Xarici İşlər Nazirliyi fevralın 21-də Qırğızıstan səfiri Kaynarbek Toktomuşevə prezident Almazbek Atambayevin çıxışı ilə bağlı nota verib. “RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan XİN-nin mətbuat xidməti məlumat yayıb.

KİV-in məlumatına əsasən, ötən həftə Atambayev “Euronews” telekanalına müsahibəsində Qazaxıstanla bağlı tənqidi açıqlamalar verib.

Qazaxıstan tərəfi Atambayevin çıxışı ilə bağlı izahat gözlədiyini bildirib.

“Qazaxıstan xarici işlər nazirinin müavini Qalımjan Koyşıbayev qırğız diplomatı ilə görüş zamanı ona prezident Almazbek Atambayevin 17 fevral 2017-ci il tarixli çıxışı ilə bağlı nota verib”, - məlumatda deyilir.

Qeyd edək ki, A.Atambayev “Euronews” telekanalına müsahibəsində rəsmi Astananın 2010-cu ildə Qırğızıstanla sərhədi bağlamaq qərarının çoxsaylı insan tələfatına səbəb olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu