"Azərbaycan 25 ildir ki, ədalət axtarır"- Türkiyə səfiri




“Azərbaycan xalqının dərdinə həmrəyik. Şəhidlərə tanrıdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Xocalı soyqırımını törədənlər öz cəzalarını alacaqlar:

“Unutmamalı olduğumuz bir məsələ var ki, Xocalı faciəsinim 25 illiyində hələ də ədalət axtarılır. İnşallah ən yaxın zamanda ədalət bərpa olunar, Azərbaycan işğal olunmuş torpaqlarına qovuşar. Bu qətliamı törədənlər də cəzalarını ən qısa zamanda alarlar. Bu, bizim şəhidlərə borcumuzdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu