Qənirə Paşayeva Türkiyə QHT-lərinə çağırış etdi




Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin QHT rəhbərləri ilə görüşdə erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb.



Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə 10-dən artıq QHT-rəhbərləri və üzvləri ilə görüşüb, geniş müzakirələr aparıb. Q.Paşayeva görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artırcaqlarına inandığını deyib. O, görüş zamanı Azərbaycan ilə Türkiyə dövlət və QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnunedici olduğunu, bu məsələlərin vacibliyini qeyd edib. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan deputat Azərbaycanla Türkiyənin QHT-ləri arasında əməkdaşlığın daha da artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bu əməkdaşlığın önəmindən danışıb. Azərbaycanı sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən QHT rəhbərləri millət vəkili Q.Paşayevaya həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və geniş müzakirələr aparılıb.Görüşün sonunda Q.Paşayeva QHT rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” kitabını da təqdim edib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu